Mənim Qəhrəmanım

Sonunu düşünən Qəhrəman ola bilməz.



Biz bilirik ki başqaına məxsus əmlakı oğurlamaq düzün deyil və cinayətdir . Belə bir sual yaranır 

      Bəs Qaçaq Nəbi kim idi ?

Deməli Nəbi də quldur idi ?Niyə Nəbi bizim üçün qəhrəmandır ? Biz bu barədə çox fikirləşdik və özümüzü onun yerində təsəvvür etməyə çalışdıq Görəsən mən Nəbinin yerində olsaydın mən nə edərdim ? 

Qaçaq Nəbi yoxsul kəndli ailəsində dünyaya göz açıb 16 yaşında bəyin onun atasını döyməsinin şahidi olmuş və nəticədə qəlbində intiqam atəşi alovlanmışdı bəyin üstünə atılmışdır.O uşaqlıqdan Çar hökümətinin xalqına qarşı qəddar münasibətinin şahidi olmuşdur.Onu cəzalandırmaq üçün katorqaya göndərmişdilər.Həbsdən qaçaraq vətənə qayıdan Nəbi silahlı dəstə toplayaraq çar hökumətinə qarşı mübarizəyə başladı.
Deməli əslində Nəbi xalqına qarşı edilən işgəncələrə son qoymaq xalqa məxsus olanı ona qaytarmaq üçün mübarizə aparırdı.

Əgər bir adam buna görə quldurluq edirsə biz onu cinayətkar adlandıra bilərikmi ? Yox əlbətdə 

Qəhrəmanın sahib ola biləcəyi bütün keyfiyyətlər Nəbidə varidi əslində.Ona görə Nəbi mənim qəhrəmanımdır
Bəs o zaman niyə Sovet ədəbiyyatı Nəbini bizə quldur kimi qələmə verirdi.Birdə Nəbiyə Çar hokumətinin gözüylə baxmağa çalışqdıq.Nəbi hökumətə qarşı mübarizə aparırdı ölkədə daxili sabitliyi pozurdu.Mənə artıq hər şey aydın oldu.Və mən belə qərara gəldim ki ,

 Qaçaq Nəbi əsl qəhrəmandır mən də onun yerində olsaydım onun kimi mübarizə aparardım.      

                         Bəs sizin üçün Nəbi kimdir ?


Комментариев нет:

Отправить комментарий