Qaçaq Hərəkatı


                             Tarix Unutmur Unudulur

"Bir gün həqiqət parlayacaq...” (M.Ə.Rəsulzadə)


Azərbaycanda qaçaqçılıq hərkatı özünəməxsus xüsusiyyətlərinə görə fərqlənirdi.Qaçaq hərəkatı qəhrəmanlıq xarüqələri göstərməsinə baxmayaraq onlar məğlubiyyətə uğradı Səbəb qeyri mütəşəkkil olması yerli xarakter daşıması və s. idi.Bütün bunlara baxmayaraq Azərbaycanın müstəmləkə əsarətinə qarşı milli zülmə və feodal istismarına qarşı mübarizə tarixində qaçaq hərəkatı öz yeri olmuş və boyük əhəmiyyət kəsb edir.Çar hökümətinin Azərbaycana qarşı siyasətinə güclü təsri göstərdi.
 

   Bəs Qaçaq hərəkatı baş verməsəydi Azərbaycanın taleyi necə olardı ?   Çarizmin xalqımıza qarşı münasibəti və müstəmləkə siyasəti dəyişərdimi ?

Biz tarixi yazmağa çalışdıq.Öz proqnozlarımızı verdik.
Biz bu dövrdə ictimai siyasi vəziyyəti Çar hökumətinin yürütdüyü siyasəti analiz edərək bu qərara gəldik
Rusiya daim Azərbaycana qarşı ədalətsiz siyasət yürütmüşdür ona xammal mənbəyi və satış bazarı kimi baxırdı.Azərbaycanlıların taleyi onların ictimai siyasi durumu  tarix boyu Ruasiya üçün maraqlı olmuyub.Buna görə də əgər bu hərəkat baş verməsəydi Çar Rusiyası xalqımıza qarşı müstəmləkə siyasətini daha da gücləndirərək daha çox istismar edəcəkdi. Azərbaycan sərvətlərini talan etməkdə davam edəcəkdi.Xalqın mübarizə əzmini qıracaqdı.Və Azərbaycanda yeni yeni üsyanlar baş verəcəkdi.Çünki bu üsyanlar qaçılmaz idi xalq daha  dözə bilməzdi.Yeni yeni qəhrəmanlar tarix səhnəsinə çıxacaqdı.Və  xalq qalib və ya məğlub olmasınnan asılı olmayaraq mübarizə aparmaqda davam edəcəkdi .

 
 Bəs siz necə düşünürsüz Azərbaycan sonrakı taleyini necə görürüsüz öz fikirlərinizi bizimlə bölüşün.

Комментариев нет:

Отправить комментарий